Image

Məkkədə Ümrə ziyarətçilərini ildırım vurdu: 4 nəfər həyatını itirdi - VİDEO

Səudiyyə Ərəbistanının müqəddəs şəhəri Məkkə yaxınlığındakı Səvr dağına çıxan Ümrə ziyarətçilərini ildırım vurub.

BAKU.WS xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib, biri yaralanıb.

Səvr mağarası İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) və səhabəsi Əbu Bəkrin Məkkədən Mədinəyə hicrət edərkən sığındığı yer kimi tanınır. Bu hadisə İslam tarixində əlamətdardır və Qurani-Kərimdə də barəsində bəhs olunur. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb