Türkiyədə güclü zəlzələ oldu
Türkiyənin şərqində 4,2 maqnitudalı zəlzələ baş verib.
Gundem.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəzələ Elazığ vilayətində baş verib. Zəlzələ ocağı 9,36 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində dağıntılar qeydə alınmayıb.
Mənbə: gundem.az