Azərbaycanda bu şəxslərə 1000 manat bayram mükafatı verilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bayram günləri ilə əlaqədar əməkdaşlara mükafat verilib.
BAKU.WS-in məlumatına görə, universitetin rektoru Rüfət Əzizovun əmri ilə bütün əməkdaşlara 1 000 manat məbləğində mükafat ayrılıb.
Bildirilib ki, ödəniş universitetin daxili resursları hesabına həyata keçirilir. Mükafatın hansı kateqoriyalara, yaxud əmək göstəricilərinə əsasən müəyyənləşdirildiyi qeyd edilməyib.
Mənbə: baku.ws