Image

Yeni ili bu gün qeyd edən "YUMOR PAYTAXTI" - Müğənnilərə görə TARİX DƏYİŞDİ

Bolqarıstanın "yumor paytaxtı" Qabrovo şəhəri Yeni ili dekabrın 30-da qeyd edəcək.

Gundem.az  xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu (BNR) məlumat yayıb.

Qeyri-standart bayram tarixi şəhər sakinləri üçün ənənə halını alıb. Bələdiyyə bu qərarı sənətçilərin Yeni il ərəfəsində istədikləri "inanılmaz ödənişlər"ə görə verib.

Şənbə günü yerli vaxtla saat 19:00-da Qabrovo şəhərinin mərkəzi meydanının səhnəsində ifaçı Vlado Mixaylov və PIF, Sleng və REWIND qruplarının musiqiçiləri çıxış edəcəklər.

Konsertdən sonra bayram atəşfəşanlığı olacaq.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb