Image

Fondun yeni rəhbəri Nicat Məmmədli olub

Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə Nicat Məmmədli Təhsilin İnkişafı Fondunun sədr vəzifəsinə təyin edilib.

Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun dissertanturasına daxil olmuş, 2010-cu ildə ABŞ-ın Qərbi İllinoys Universitetində ictimai siyasət üzrə magistr dərəcəsi alıb. 

O, 1999-2008-ci illərdə BDU-nun Politologiya və Sosiologiya kafedrasında, 2003-2006-cı illərdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim vəzifəsində çalışıb. 2005-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi olub, 2006-2007-ci illərdə ABŞ-ın Kolumbiya Universitetində sosial siyasət üzrə müəllimlərin təkmilləşdirilməsi proqramında iştirak edib.

2007-ci ilin iyun-dekabr aylarında Ombudsmanın aparatında uşaq hüquqları bölməsinin rəhbəri, 2008-2010-cu illərdə ABŞ-ın Qərbi İllinoys Universitetində müəllim assistenti, 2010-2013-cü illərdə isə SOCAR-da böyük mühəndis vəzifəsində çalışıb.

2013-2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2018-ci ildən isə Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq, Elm, ali və orta ixtisas təhsili şöbələrində müdiri və nazirin müşaviri vəzifələrində fəaliyyət göstərib. 

Nicat Məmmədli iki monoqrafiya və 50-dən çox elmi məqalənin müəllifidir.

Gülnar 

Mənbə: anews.az

Xəbər lenti