Image

İsrail Hələb hava limanına zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hələb beynəlxalq hava limanının kənarında, eyniadlı şəhərətrafı ərazilərə raket zərbələri endirib.

Gundem.az xəbər verir ki, bu barədə Əl-Hədas telekanalı məlumat yayıb .

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin hücumu Aralıq dənizindən həyata keçirilib.

Qırıcılar Hələb beynəlxalq hava limanında iranyönlü silahlı birləşmələrin mövqelərinə raket zərbələri endirib.

Digər təfərrüatlar açıqlanmır.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb