Image

Türkiyədə zəncirvari qəza: 8 avtomobil toqquşdu - FOTO

Türkiyədə Şimali Mərmərə magistralının Kocaeli keçidində zəncirvari qəza baş verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Şimal Mərmərə magistralının Sevindikli ərazisindən keçən hissəsində baş verib.

Əldə edilən məlumata görə, Ankara istiqamətində hərəkətdə olan 8 avtomobil zəncirvari qəzaya düşüb.

Qəza nəticəsində 4 nəfər xəsarət alarkən, yollarda da sıxlıq yaranıb.

Hadisə yerinə sağlamlıq və jandarma qrupları cəlb edilib.

Xəsarət alan 4 nəfərə sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərilərək xəstəxanalara göndərilib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb