Image

Danimarka kraliçası taxtdan imtina etdiyini açıqladı

Danimarka kraliçası II Marqret Yeni il günü taxtdan imtina etmək niyyətində olduğunu açıqlayıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Reuters" kraliçanın Yeni il müraciətinə istinadən məlumat yayıb.

O, 2024-cü il yanvarın 14-də oğlu Frederikin lehinə taxtdan imtina bəyanatını oxumaq niyyətindədir.

Bildirilib ki, Avropanın ən uzun ömür sürən monarxı olan II Marqret 52 illik taxtdan sonra yanvarın 14-də taxtdan imtina edəcək və onun yerinə böyük oğlu vəliəhd şahzadə Frederik keçəcək.

Qeyd edək ki, 1972-ci ildə taxta çıxan 83 yaşlı kraliça 2022-ci ilin sentyabrında Böyük Britaniya kraliçası II Yelizavetanın ölümündən sonra Avropanın ən uzun ömür sürən monarxı oldu.

2023-cü ilin fevralında II Marqret səhhətindəki problemlərə görə Norveçdəki tətilini ləğv etdi.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb