Image

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

"KİA” markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub. Baş verən qəzada “VAZ”da olan 74 yaşlı Əhmədov Əli Bayramqulu oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“KİA” markalı avtomobildə olan Həsənova Aynur Mahir qızının xəsarətləri yüngül olduğundan ilkin yardım edilib, müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb