Image

Sumqayıtda 1 300 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq

Sumqayıt şəhərində 1 300 abonentə qazın verilişində müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, fasilə dekabrın 23-də Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış ŞQTM-in mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədardır.

Bildirilib ki, aparılan işlər səbəbindən qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti dayandırılacaq və işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq. Abonentlərə təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə edilib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb