Image

İki təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

“Finnair” və “Cargolux Airlines”a məxsus iki təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.

“Finnair”in Helsinki-Puket marşrutu üzrə hərəkət edən Airbus A350 təyyarəsinin kapitanı göyərtədə sərnişinlərdən birinin qəfil səhhətinin pisləşməsi səbəbindən aeroportdan məcburi eniş üçün icazə alıb.

Təyyarə yerli vaxtla 00:54-də eniş edib, sərnişinə ilkin tibbi yardım göstərildikdən sonra şəhər klinikalarından birinə yerləşdirilib. Uçuş saat 02:59-da təyinat məntəqəsinə davam etdirilib.

Eyni gündə, “Cargolux Airlines”in Çjençjou-Aşqabad marşrutu üzrə hərəkət edən Boeing 747 təyyarəsi də təyinat aeroportunda əlverişsiz meteoroloji şərait səbəbindən Bakı aeroportuna məcburi eniş edib. Təyyarə saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.

Hər iki əməliyyat beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb