Hava kəskin PİSLƏŞİR - Bu tarixdən yağış və QAR GÖZLƏNİLİR
Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.
Mənbə: baku.ws