Türkiyə Super Kubokunun final matçı harada keçiriləcək? - Ali Koç açıqlayıb
Səudiyyə Ərəbiatanında keçirilməsi planlaşdırılan və son anda təxirə salınan Türkiyə Super Kubokunun final matçının harada baş tutacağı müzakirə edilir.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlamalar verən “Fənərbağça” prezidenti Ali Koç matçın Samsun və ya Ankarada oynanıla biləcəyini deyib:
"Bu matçı federasiyamız harda qərar versə, orada keçirəcəyik. Çox güman ki, Samsun və ya Ankarada oynanılacaq. Harada deyilsə, biz də oynayacağıq. Yanvarda oynanmasını istəsələr “yox” deyəcəyik. Çünki 7-8 matçımız var. Seçkilərimizin olacağı həftə yəqin ki, heç bir matç yoxdur, bəlkə cümə günü baş tuta bilər”.
BAKU.WSMənbə: baku.ws