Image

Məşhur telekanalın adı dəyişəcək

Türkiyənin məşhur telekanallarından olan "FOX TV"nin adının dəyişdiriləcəyi iddia edilib.

Gundem.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb telekanalın "Disney" tərəfindən satın alınması olub. Kanalın adı fevralda dəyişəcək. Yeni təqdimat üçün artıq telekanalın tanınmış simaları və məşhurlarla çəkilişlərin aparıldığı bildirilib.

Kanalın yeni adı isə hələlik gizli saxlanılır.

"FOX TV" iddialarla bağlı açıqlama yaymayıb.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb