Image

Ərdoğan Blinkenlə nələri müzakirə etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Gundem.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, görüş mətbuata qapalı şəraitdə keçirilib.

***

Təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib.

Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken sosial şəbəkə səhifəsində yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı münaqişəni, NATO müttəfiqləri olaraq ümumi təhlükəsizlik prioritetlərini və ikitərəfli ticarət və investisiyalarımızı genişləndirmək istəyimizi müzakirə etdik", - Blinken bildirib.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb