Image

Rassel Kroudan soy-kökü ilə bağlı etiraf: "Edam edilən sonuncu adamın..." - FOTO

"Ən yaxşı aktyor" nominasiyasında "Oscar" qazanan məşhur aktyor Rassel Krou yeni açıqlaması ilə gündəmə gəlib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı Krou Böyük Britaniyada kəlləsi vurularaq edam edilən son adamın soy-kökündən olduğunu etiraf edib. O 1747-ci ildə vətənə xəyanətdə ittiham olunan Simon Fraserin qohumu olduğunu bildirib: "Uzun illərdir soy-kökümlə bağlı araşdırmalar aparırdım. Bu araşdırmaları əsasən İtaliyada davam etdirdim. Bəzi yanlış sənədlərdən dolayı səhv istiqamətə yönəlmişəm. Daha sonra edam edilən sonuncu adamın "11. Lord Lovat" adlı Simon Fraserin soy-kökündən gəldiyimi öyrəndim. Ona "Qoca tülükü" deyirlərmiş. Boynuna bıçaqla vuranda belə gülməyə davam edirmiş".  BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb