Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 9 məsələ var
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, iclasın gündəliyinə "Patent haqqında" və "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanunlara dəyişiklik layihələri daxil olmaqla ümumilikdə, 9 məsələ daxil edilib.
Plenar iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
Mənbə: baku.ws