Image

"Mühəndislik” ixtisası üzrə iştirak edən namizədlərin 66%-i uğursuz nəticə göstərib-Sədr

Peşə tanınması imtahanında “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə namizədlərin əksəriyyəti uğursuz olub. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.

O bildirib ki, TKTA sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən  keçirilən peşə tanınması imtahanında “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə iştirak edən namizədlərin 66%-i uğursuz nəticə göstərib.

"imtahanda iştirak edən 29 nəfərdən 19 nəfəri müvəffəqiyyət qazanmayıb, yalnız 10 nəfər imtahanı uğurla keçib",-o bildirib.

Sədr əlavə edib ki, uğursuz nəticələrin böyük hissəsi Ukrayna və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin məzunlarına aiddir.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti