Image

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb

Yaponiyada yanvarın 1-dən davam edən silsilə zəlzələlərin qurbanlarının sayı 161 nəfərə çatıb.

Bu barədə Yaponiyanın regional hakimiyyət orqanları məlumat yayıb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xilasetmə briqadaları hələ də 195 sakini tapa bilmir. Ən böyük ziyan ən azı 1370 evin tamamilə və ya qismən dağıldığı İşikava prefekturasında baş verib, yanğınlar isə 300-ə yaxın binanı məhv edib. Təsirə məruz qalan bölgədə elektrik, su və yanacaq çatışmazlığı davam edir.

Yaponiya özünümüdafiə qüvvələri də təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatına cəlb olunublar. Xilasedicilər sonuncu dəfə yanvarın 6-da  90 yaşlı sakini 5 gündən sonra öz evinin dağıntıları altından sağ çıxarıblar. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb