"Barbie" iki "Qızıl Qlobus" qazandı
Qreta Qerviqin "Barbie" filmi kino və kassadan gələn gəlirlərə (Ən yaxşı kino/gəlirli - 100 milyondan çox gəlir) görə Amerika "Qızıl Qlobus" Mükafatını alıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Qızıl Qlobus"un saytında məlumat verilib.
Kinofilm üçün ən yaxşı mahnı mükafatı "Barbie" filmində nümayiş olunan "What Was I Made For?" mahnısına görə Billie Eilish və onun qardaşı Finneas O'Konellə verilib.
Qeyd edək ki, "Qızıl qlobus" 1942-ci ildən kino və televiziya filmlərinə verilir.
BAKU.WSMənbə: baku.ws