Image

Mikayıl Cabbarov: “Son bir ildə Azərbaycanda 4 233 avtomobil istehsal edilib” - FOTO

“Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir”.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

O bildirib ki, sənaye zonalarında ilk avtomobil istehsalına 2018-ci ildə başlanılıb, həmin il 712 ədəd avtomobil istehsal edilmişdisə, 2023-cü ildə bu rəqəm 4 233 təşkil edib. Bu, ötən illə müqayisədə təqribən 109% artım deməkdir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq