"Reuters": İsrailin hücumu zamanı "Hizbullah"ın komandiri öldürülüb
Livanın "Hizbullah" təşkilatının "Radvan" bölməsinin yüksək rütbəli komandiri İsrailin endirdiyi avia zərbə zamanı həyatını itirib.
Bu barədə üç təhlükəsizlik mənbəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Livanda oktyabrın 7-dən bəri 130-dan çox "Hizbullah" üzvü dünyasını dəyişib.
BAKU.WSMənbə: baku.ws