Image

Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Trend-in məlumatına görə, yol nəqliyyat hadisəsi Hindarx-Borsunlu avtomobil yolunun rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı avtomobil "Mitsubishi" markalı avtomobillə toqquşub.

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Mənbə: anews.az

Xəbər lenti