Image

Güləş Federasiyası Eldəniz Əzizlinin “Zaqreb Open”ə qatılmamasına aydınlıq gətirib

Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Xorvatiyada keçiriləcək “Zaqreb Open”də iştirak etməməsinin səbəbi bəlli olub.   BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.   "Bu, idmançının məşqçilər korpusu ilə ortaq qərarıdır. Eldəniz komanda ilə Zaqrebə yollanır. Yarışdan sonra sözügedən şəhərdə yığmamızın təlim-məşq toplanışı gerçəkləşəcək. Eldəniz də orada olacaq", - deyə qurumdan bildirilib.   Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq