Image

Ermənistanda əsgər zabiti qətlə yetirdi

Ermənistanda müqaviləli hərbçi öz vəzifə yoldaşı tərəfindən güllələnib.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Yanvarın 9-da səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin döyüş mövqeyində müqaviləli əsgər Karen Karapetyanın güllə yarası ilə meyiti aşkar edilib”, - deyə məlumatda qeyd olunur.

“Hraparak” qəzeti isə yazıb ki, hadisə Geqarkunikdə baş verib, hərbçi həmkarı tərəfindən güllələnib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb