Image

Selçuk Bayraktar ikinci dəfə ata olub - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Bayraktar ikinci övladını dünyaya gətirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanada Sümeyye-Selçuk Bayraktar cütlüyünü ziyarət edən Ərdoğan nəvəsinin adını qulağına oxuyub. 

Körpəyə Asım Özdemir adı verilib. Özdəmir Selçuk Bayraktarın mərhum atasının adı olub.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın 9 nəvəsi var.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb