Image

Bakıda qumbara tapılıb

Bakının Binəqədi rayonu ərazisində sursat aşkar edilib. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış zamanı aşkar edilən sursatların döyüş tətbiqinə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcıları olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

"Brent" neft ucuzlaşıb

ADY yay qrafikinə keçir