Image

Röya Ayxanın bu mahnısı xaricdə də uğur qazandı - FOTO/VİDEO

Xalq artisti Röya Ayxanın “Tut əlimdən” mahnısı xaricdə də uğur qazanıb.

BAKU.WS xəbər verir ki, layihə Gürcüstanın Youtube Music çartına 22-ci pillədən daxil olub.

Sinql təqdim olunduğu gündən indiyə kimi Azərbaycanın “Azerbaijan Apple Music” çartında birincidir. Azərbaycan yutub trendində baxışı 4 milyon sayını keçən sinql 3 həftə 1-ci olub.

Bundan əlavə, “Tut əlimdən” Yandex Music Azərbaycan Trendində 5-ci, Shazam Azərbaycan Trendində 35-ci yerdədir.

Qeyd edək ki, mahnının musiqisi Hacı Nazimə, sözləri Sərxan Nizamioğluna məxsusdur.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq