Paşinyan onu vəzifədən azad etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyanı tutduğu vəzifədən azad edib.
Gundem.az xəbər verir ki, Baş nazirin qərarı elektron hökumət saytında dərc olunub.
Gevorkyan 2021-ci il sentyabrın 7-dən xarici işlər nazirinin müavini vəzifəsində çalışırdı.
Bundan əvvəl o, XİN rəhbərinin müşaviri olub.
Mənbə: gundem.az