Bu ölkədə 6,3 bal gücündə zəlzələ oldu
Əfqanıstanda 6,3 bal gücündə zəlzələ olub.
Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Hindiquş bölgəsində olub. Zəlzələnin dərinliyi isə 201 km olaraq qeydə alınıb.
Ümumilikdə qeyd edək ki, il başlar-başlamaz dünya ölkələri bu təbiət hadisəsi ilə üz-üzə qalıb. Belə ki, bundan əvvəl, yanvarın 1-də Yaponiyada 7,6 bal gücündə zəlzələ olub. Fəlakət nəticəsində 202 nəfər ölüb, 565 nəfər yaralanıb.
Mənbə: gundem.az