Image

Çindən göndərilən blok qatar Bakı Limanına çatıb - FOTO

Çinin Sian şəhərindən göndərilən növbəti blok qatar ötən gecə Bakı Limanına çatdırılıb.

Bakı Limanından BAKU.WS-ə verilən məlumata görə, 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik məhsullar, optik kabellər, parça və digər qeyri qida məhsulları təşkil edib.

İdxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından “Berkut” fider gəmisi (konteynerdaşıyan) vasitəsi ilə gətirilən yüklər Bakı Limanında operativ formada boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə yola salınıb.

Qeyd edək ki, yaxın günlərdə Çində formalaşdırılan bir neçə blok qatarın da Azərbaycanın idxalı və tranzit keçməklə qərb istiqamətinə daşınması nəzərdə tutulur.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq