Stalinin bağ evində iki cəsəd tapıldı
SSRİ-nin keçmiş lideri İosif Stalinin Moskva vilayətinin Mıtişi rayonundakı tərk edilmiş bağ evində iki cəsəd tapılıb.
Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
"İosif Stalinin tərk edilmiş evində iki cəsəd tapıldı. İlkin ehtimala görə, bu, ərazinin keçmiş mühafizəçisi və onun dostudur", - deyə jurnalistlər bildirib.a
Onların ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, İosif Stalin 1932-1934-cü illərdə bu mülkdə yaşayıb.
Sonrakı onilliklər ərzində obyekt dövlət mülkiyyəti kimi istifadə edilib. 1989-cu ildə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşirdi. 2004-cü ildə bina yenidənqurma üçün bağlandı və daha sonra "Dom.RF"ə verildi.
Mənbə: gundem.az