Image

Ukraynalı dənizçilər Yəmən husiləri tərəfindən əsir götürülüb

Yəmən husilərinin əsirlikdə ukraynalı dənizçiləri var.ə

Gundem.az xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski danışıb.

Zelenski Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında deyib: “Dörd dənizçimiz husilər tərəfindən əsir götürülüb və biz onların geri qayıtması üzərində işləyirik” .

Yanvarın 12-də məlum olub ki, ABŞ və Britaniya hərbi hava qüvvələri Yəməndə husilərin 16 hədəfinə  60-dan çox zərbə endirib .

Husilər tez cavab verəcəklərini vəd ediblər .

Yəməndə husilərə qarşı hücumlardan bir həftə əvvəl ABŞ və Böyük Britaniya qruplaşmaya Bab əl-Məndəb boğazından keçən gəmilərə hücumları dayandırmaq üçün ultimatum təqdim edib.

Yəmənə endirilən zərbələrə görə Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.

Mənbə: gundem.az

Xəbər lenti