Image

"Turan Tovuz" braziliyalı hücumçu transfer etdi

“Turan Tovuz” qış fasiləsində ilk futbolçu transferini həyata keçirib.

Premyer Liqa təmsilçisindən Gundem.az-a verilən məlumata görə, hücumçu Aleks De Souza Alkantara ilə 2,5 illik müqavilə bağlanıb.

Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı forvard karyerası ərzində Türkiyənin "Boluspor" və Litvanın “Hegelman” klublarında da çıxış edib.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq