Azərbaycanda cərimələrdən büdcəyə daxilolmaların 12 % azalacağı gözlənilir
Bu il Azərbaycanda yığımlar və inzibati xətalara görə tətbiq edilmiş cərimələrdən dövlət büdcəsinə 149,1 milyon manat vəsait daxil olması gözlənilir.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci illə müqayisədə 12 % azdır.
Mənbə: baku.ws