Image

Azərbaycanlı müğənninin atasının dəfnindən GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Müğənni Pünhan Piriyevin atası Rəhman bəyin dəfnindən görüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, sənətçinin atası ötən gün Hacıqabul rayonunda torpağa tapşırılıb.

Yaxınları və qohumları ilə yanaşı bəzi sənət dostları Pünhanı bu ağır günündə tək qoymayıblar.

Dəfndə iştirak edən müğənnilər arasında Manaf Ağayev və Əlikram Bayramov olub. Onlar sənətçinin atasının məzarına əklil qoyduraraq ona başsağlığı veriblər.

Xatırladaq ki, Pünhan Piriyevin atası uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Sənətçi verilişlərdən birində atasının əvvəllər taksi sürücüsü işlədiyini, lakin sonra səhhətində yaranan problemlərə görə bu işini buraxdığını bildirmişdi.

Ətraflı videoda:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq