Image

“Wildberries” anbarında güclü yanğın - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində “Wildberries” anbarında güclü yanğın baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Puşkinski rayonu, Moskva şossesi, 153 ünvanında qeydə alınıb.

Yanğının söndürülməsinə 270 nəfərə yaxın canlı qüvvə və 57 texnika cəlb olunub. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

70 min kvadratmetr ərazini əhatə edən yanğın artıq lokallaşdırılıb. 

Anbarda baş vermiş hadisə böyük çaxnaşmaya səbəb olub. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq