Image

Həmkarı Serenayın mükafat almağını həzm edə bilmədi - VİDEO

Ötən gün aktrisa Serenay Sarıkayanın mükafata layiq görülməsi həmkarı Rüzgar Aksoy tərəfindən birmənalı qarşılanmayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o sosial şəbəkədə paylaşım edərək kinayə ilə "Bizim bacarıqlı aktyorlarımız necə də az imiş" sözlərini yazıb və Serenayın mükafat almasına etiraz edib:

"Yenə o... yenə o... Ay Allah bizim bacarıqlı aktyorlarımız necə də az imiş. Bu mükafatlar təşkilatçıların öz reklamları üçündür yoxsa sadəcə mükafatlar həmişə belə adama verilir? İnanmıram. Nə əlaqəsi var?".

Qeyd edək ki, Serenay Sarıkaya hazırda "Aile" serialında rol alır. Onun ekran işində tərəf müqabili Kıvanç Tatlıtuğdur. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq