Image

"Bitcoin"in qiyməti 93 min dollardan aşağı enib

Bitcoin son sutkada 1,27% ucuzlaşaraq 92 543 ABŞ dolları səviyyəsinə enib. Bu barədə  kriptovalyu bazarlarında qeyd olunub.

Digər əsas kriptovalyutalarda da günlük dəyişikliklər müşahidə edilib. Solana son sutkada 0,18%, BNB 0,25%, TRON isə 0,75% artım göstərib. Cardano-nun qiyməti isə 3,22% azalıb.

Stabilkoinlərdə ciddi dəyişiklik müşahidə olunmayıb. Tether (USDT) son 24 saatda 0,07% azalaraq 0,999 dollar, USDC isə 0,04% azalma ilə 0,9992 dollar səviyyəsində olub.

İqtisadçılar bunu  ABŞ maliyyə bazarlarında gözləntilər və investorların risk mövqelərini yenidən qiymətləndirməsi ilə əlaqələndirirlər.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Sabahın hava proqnozu

Sumqayıtda ev yanıb - Video