Lüks avtomobil və təyyarələr üçün 137 milyon dollar xərclədi - FOTO
Məşhur aktyor Tolgahan Sayışman yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tolgahanın yeni serialı "Arjen" üçün külli miqdarda pul xərclədiyi bildirilib.
Belə ki, aktyor ekran işində istifadə olunacaq lüks avtomobil və təyyarələr üçün ümumlikdə 137 milyon dollar sərf edib.
Xatırladaq ki, serial "Gain"də (Yeni nəsil rəqəmsal media platforması) yayımlanacaq.
BAKU.WS
Mənbə: baku.ws