Aşıq Zülfiyyənin səhhətində problem var
Aşıq Zülfiyyə İbadovanın səhhətində problem yaranıb.
Gundem.az xəbər verir ki, ifaçı bu haqda "Həmin Zaur" verilişində danışıb. O, aparıcının "Niyə tənginəfəs olmusunuz" sualına belə cavab verib:
"Bir az ağrıyıram. Səhhətimdə problem var. Hazırda müalicə olunuram. Həkimin dediyinə görə, insulin dirənci pozulub və D vitamini ümumiyyətlə sıfıra düşüb. Bu səbəbdən bədənimə şişkinlik də verir".
Mənbə: gundem.az