Xulio İqlesias aeroportda saxlanıldı, çamadanından 42 kq lobya, ispanaq çıxdı - FOTO/VİDEO
İspaniyalı müğənni Xulio İqlessias hava limanında saxlanılıb.
BAKU.WS xəbər verir ki, Baham adallarından Dominikana istirahətə gələn sənətçi "Punta Cana" havalimanında nəzarətə götürülüb.
Müğənninin çamadanında 42 kiloqram ərzaq və qida məhsulları aşkarlanıb. Bunlar aarsında pomidor, lobya, ispanaq ət və digər tərəvəzlər olub.
Qeyd edək ki, 80 yaşlı Xulio İqlessias son zamanlar səhhəti ilə bağlı problem yaşayır. Papparazzilər onun bir neçə də əlil arabasında fotosunu çəkiblər.
BAKU.WS

Mənbə: baku.ws