Image

“Roma” Mourinyo ilə yollarını ayırdı

"Roma" baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, İtaliya klubu təcrübəli çalışdırıcının müqaviləsinə xitam verib.

Xatırladaq ki, 60 yaşlı çalışdırıcı 2021-ci ildən "sarı-qırmızılı" komandaya rəhbərlik edib. Komanda Mourinyonun başçılığı ilə 2022-ci ildə Konfrans Liqasının qalibi olub, Avropa Liqasının isə gümüş medal qazanıb.

Qeyd edək ki, cari mövsüm A seriyasında keçirdiyi son 5 matçda 3 məğlubiyyət, 1 qələbə və 1 heç-heçə edən "Roma" 29 xalla 9-cu pillədə qərarlaşıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq