56 yaşlı Culiya Roberts gözəllik sirlərini açıqlayıb - FOTO
"Pretty Women" filmi ilə şöhrət qazanan Oskar mükafatçısı Culiya Roberts təbəssümü və gözəlliyi ilə adını Hollivudun əfsanələri sırasına yazdırıb. Məşhur sima son müsahibəsində gənclik və gözəllik sirrini açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, illər ərzində dəyişdiyini, qırışları yarandığını dilə gətirib:
“Dəyişmədiyimi deyə bilmərəm. Bir filmdə Tom Henkslə çəkdirdiyimiz fotomuzu gördüm, üzümüzdə qırışlar yox idi, dərimiz ütülənmiş kimi idi”.
Gənc görünüşünü nəyə borclu olduğu sualına Roberts belə cavab verib:
"Yaxşı genlər, xoşbəxt həyat sürmək və həyat yoldaşım Denni Moder. İnanıram ki, ərim məni sevir və məni çox xoşbəxt edəcək şəkildə qayğı göstərir. Və xoşbəxt insan görəndə onun neçə yaşında olmasının əhəmiyyəti yoxdur”.
Qeyd edək ki, 2000-ci ildə "Meksikalı" filminin çəkiliş meydançasında kinematoqraf Denni Moderlə tanış olan Culiya Roberts 2002-ci ildə evlənib.
Xoşbəxt münasibətlərini davam etdirən məşhur cütlüyün Hazel və Finn adlı əkizləri və Henri Daniel adlı oğlu var.
BAKU.WS



Mənbə: baku.ws