Ərdoğandan QİSAS AÇIQLAMASI: "Türkiyə bu təhlükəni mənbəyində qurudacaq"
Türkiyə öz təhlükəsizliyini tam təmin edənə qədər Şimali Suriya və İraqda əməliyyatları davam etdirəcək.
Gundem.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, yalnız transsərhəd əməliyyatların əhatə dairəsinin genişləndirilməsi müzakirə olunur.
"Terrorçuların yuvalarını tamamilə dağıtmayana qədər dayanmayacağıq. Türkiyənin təhlükəsizliyi tam təmin olunana qədər Suriya və İraqın şimalında əməliyyatlar davam edəcək.
620 mindən çox suriyalı terrordan azad edilən ərazilərə qaytarılıb. Sərhədlərimizdən kənarda hərbi mövcudluğumuz həm ölkəmizin, həm də vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq. Ölkəmizin belə bir fəlakətlə üzləşməsinə icazə verə bilmərik", - deyə Ərdoğan bildirib.
O, həmçinin əlavə edib ki, Ankaranın Türkiyənin terror təşkilatı kimi tanıdığı Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı qətiyyətli mübarizəsi xarici qüvvələrin narazılığına səbəb olur.
Mənbə: gundem.az