Image

"Kocaelispor" Ramil Şeydayevin transferini açıqlayıb - FOTO

Türkiyənin “Kocaelispor” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi transfer edib.

BAKU.WS xəbər verir ki, bu barədə I Liqa təmsilçisi rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.

Paylaşımdakı çanta şəklinin üzərində Azərbaycan bayrağı və yazısı əks olunub. 

Qeyd edək ki, son olaraq Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Ramil Şeydayev ötən gündən etibarən “Kocaelispor”un düşərgəsinə qoşulub.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq