Image

Pakistan İrandakı səfirini geri çağırdı

Pakistan öz səfirini İrandan geri çağırmaq qərarına gəlib.

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirin geri çağrılmasına səbəb İran ordusunun ölkə ərazisinə raket zərbəsi endirməsi olub.

Pakistan tərəfi bu zərbələri qanunsuz adlandırıb və cavab vermək hüququnu özündə saxladığını açıqlayıb.

İki ölkə arasında planlaşdırılan bütün yüksək səviyyəli danışıqlar və ikitərəfli səfərlər ləğv edilib. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Brent" nefti ucuzlaşıb