Image

Rusiyada 17 yaşlı qızı 1 saata yaxın taksidən buraxmayan miqrant saxlanılıb

Rusiyada, Moskva vilayətinin Elektrostal şəhərinin istintaq şöbəsi 17 yaşlı sərnişini 1 saata yaxın taksidən buraxmayan miqrant barəsində cinayət işi açıb.

BAKU.WS xəbər verir ki, bu barədə idarənin Еeleqram kanalında məlumat yayılıb.

Məlumata görə, Qırğızıstan Respublikası vətəndaşı olan taksi sürücüsü yetkinlik yaşına çatmayan qızı Noqinskdən Elektrostal istiqamətində apararkən sərnişinin salondan çıxmasına mane olub.

“Hazırda avtomobilin sürücüsü saxlanılaraq bütün halların aydınlaşdırılması və onun iştirakı ilə istintaq hərəkətlərinin aparılması üçün şöbəyə aparılıb. Baş verənlərin təfərrüatları müəyyənləşdirilir”, - deyə idarədən bildirilib.

Faktla bağlı cinayət işi başlanıb. Günahı sübuta yetirilərsə, taksi sürücüsünü 5 ilə qədər həbs cəzası gözləyir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Brent" nefti ucuzlaşıb