Image

Türkiyədə yeni evlənən cütlüklərə 48 aylıq güzəştli kredit veriləcək

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş ölkədə yeni yaradılan "Ailə və Gənclik Fondu" haqqında detalları açıqlayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazir Göktaş müraciət prosesi üçün hazırlıqların sona çatdığını bildirib:

"Bu fondla Türkiyənin yeraltı sərvətlərindən əldə etdiyimiz gəlirlə gənclərimizin gələcəyinə sərmayə qoyacağıq. Biz gənclərimizə evlilik proseslərində dəstək olacaq, onları sosial risklərdən qorumaq üçün təlim və məsləhət xidmətləri göstərəcəyik".

Öz işini qurmaq istəyən gənclərin təşəbbüs və layihələrini dəstəkləyəcəklərini deyən Göktaş, Fondun ilk tətbiqinə zəlzələ bölgəsində başlanılacağını, gələcəkdə bütün Türkiyəni əhatə edəcək şəkildə genişləndiriləcəyini bildirib.

Yeni evlənən cütlüklərə Ailə və Gənclik Bankı vasitəsi ilə 48 ay müddətlə 2 il güzəştli 150 min TL faizsiz evlilik krediti veriləcək.

Xatırladaq ki, Ailə və Gənclik Fondu haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilərək qanuna çevrilib.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Brent" nefti ucuzlaşıb