Pakistan İrana raket zərbəsi ilə cavab verdi: 7 nəfər həyatını itirdi - VİDEO - YENİLƏNİB
İranın Sistan və Bəluçistan əyalətinin Səravan şəhərində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.
Bu barədə “Fars News” agentliyi məlumat yayıb.
Partlayış nəticəsində həlak olanların 3-ü qadın, 4-ü isə azyaşlıdır.
***08:37
Pakistan Hərbi Hava Qüvvələri İranın Səravan şəhərində yerləşən obyektə zərbə endirib.
BAKU.WS xəbər verir ki, hədəf İslamabadın axtardığı terrorçu liderlərdən biri olub.
Pakistan ordusunun atdığı raket Pancur şəhərindən 200 km aralıda yerləşib.
Raketin düşdüyü ərazidə böyük çala əmələ gəlib.
BAKU.WSMənbə: baku.ws